Rusiya nüvə silahından yalnız mövcudluğuna təhdid yarandığı təqdirdə istifadə edəcək.
Xezerxeber.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində “Bilik. Birinci” marafonunda çıxış edərkən bildirib.
O, Qərbdə nüvə müharibəsi mövzusunun “müntəzəmləşdirilmə”sini son dərəcə təhlükəli adlandırıb.