Ötən il İranda 834 nəfər edam edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək göstəricidir. Ölkədə icra olunan edam hökmlərinin sayı 2022-ci ilə nisbətən 43 faiz artıb.
AZƏRTAC “The daily star” saytına istinadla xəbər verir ki, Norveçdə yerləşən İran İnsan Haqları və Parisdə fəaliyyət göstərən “Ölüm cəzasına qarşı” təşkilatlarının birgə hesabatına əsasən, bu nəticə 2015-ci ildəki 972 edamdan sonra bir il ərzində 800-dən çox edamın qeydə alındığı ən yüksək göstəricidir.
Hüquq-müdafiə təşkilatları İranı 2022-ci ilin sentyabrında Məhsa Əmininin polis nəzarətində ölümü nəticəsində hakimiyyəti sarsıdan etiraz dalğalarının ardınca cəmiyyətdə qorxu yaratmaq üçün ölüm hökmündən istifadədə ittiham edib.