“Twitter” qısa mesaj xidmətinin dörd sabiq meneceri hazırda “X” adlanan sosial şəbəkənin sahibi İlon Maskı təxminən 130 milyon dollarlıq təzminat tələbi ilə məhkəməyə verib.
Xezerxeber.az “Welt“ qəzetinə istinadla xəbər verir ki, Kaliforniya məhkəməsinə müraciət edən sosial şəbəkənin sabiq baş direktoru Paraq Aqraval və sabiq maliyyə direktoru Ned Seqal bu addımı işdən çıxarıldıqlarına görə təzminat almaq üçün atıblar. İddiaçılar, həmçinin İlon Maskı onları işdən çıxarmaq üçün əsassız səbəblər göstərməkdə ittiham edirlər. Paraq Aqraval və Ned Seqal “kobud səhlənkarlıq” və “vəzifədən sui-istifadə” maddələri ilə işdən çıxarılıblar.
İlon Mask iddia ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Xatırladaq ki, İlon Mask 2022-ci ilin oktyabrında “Twitter” sosial şəbəkəsini 44 milyard dollara satın alıb və sonradan onu “X” adlandırıb. Kompaniyada rəhbərlik də daxil olmaqla, minlərlə əməkdaş işdən çıxarılıb.