Xəzər Xəbər

Dünyanın ən böyük ilan növü aşkar edilib

Dünya | 13:13 • 5 Mart 2024
Dünyanın ən böyük ilan növü aşkar edilib

Dünyanın ən böyük ilan növü kəşf edilib.

Xezerxeber.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, həmin ilan növü “National Geographic” tərəfindən film çəkilişləri zamanı aşkar olunub.

Alimlər Amazonda indiyədək görünməmiş nəhəng anakonda növünü aşkarlayıblar. 7,5 metrə qədər böyüyə biləcək və təxminən 500 kiloqram ağırlığında olan bu ilan növü dünyada ən böyük və ən ağır ilan hesab oluna bilər. Bu günə qədər anakondanın 4 növü məlumdur və onlardan ən böyüyü olan yaşıl anakonda Cənubi Amerikanın tropik bölgələrində, məsələn, Amazon, Orinoko və Esekibo çaylarının hövzələrində və bəzi kiçik su hövzələrində yaşayır. Cənubi Amerikanın çaylarında və bataqlıq ərazilərində rast gəlinən bu anakondalar ildırım sürəti, ovlarını əhatəyə almaq, onları boğaraq öldürmək və bütövlükdə udmaq qabiliyyəti ilə tanınır.

Onilliklər boyu aparılan bir araşdırmanın nəticələrinə görə, yaşıl anakondanın genetik cəhətdən fərqli olan iki növ mövcuddur. Yerli Vaorani xalqı ilə işləyən tədqiqatçılar Ekvador Amazonunda Baihuaeri Vaorani Torpaqlarının Bameno bölgəsində yeni adlandırılmış şimal yaşıl anakondasının (Eunectes akayima) bir neçə nümunəsini tutaraq onu araşdırıblar.

Kvinslend Universitetinin nümayəndəsi, tədqiqatın həmmüəllifi Bryan Fry açıqlamasında bildirib ki, bu ilanların ölçüləri inanılmazdır. Onların qarşılaşdığı bir dişi anakondanın uzunluğu 6,3 metr olub.

Xəbər lenti

Çox oxunanlar