Türkiyədə partiya sədri qəzaya uğrayıb.
Xezerxeber.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin xidməti avtomobili qəzaya uğrayıb, 4 nəfər yaralanıb.
Yol qəzası Tokat bölgəsində baş verib.
Mustafa Desticinin vəziyyətinin yaxşı olduğu bildirilib.