Rusiya ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücum edib.
Xezerxeber.az yerli UNIAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Qeyd edilib ki, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.
Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu bildirilir.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.