Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili martın 1-də vəzifəsindən istefa verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Z.Azaraşvili Baş nazir İrakli Kobaxidze ilə danışıqdan sonra vəzifəsindən ayrılıb.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidze səhiyyə naziri ilə danışıb, bundan sonra Zurab Azaraşvili istefa verib. Yeni səhiyyə naziri yaxın günlərdə hökumət başçısı tərəfindən irəli sürüləcək”, - məlumatda belə deyilir.
Qeyd edək ki, Z.Azaraşvili yeni hökumətin tərkibində bu vəzifədə cəmi bir ay işləyib.