Xəzər Xəbər

Alen Simonyan: Ermənistanın KTMT-dən çıxmağını istisna etmirik

Dünya | 16:25 • 29 Fevral 2024
Alen Simonyan: Ermənistanın KTMT-dən çıxmağını istisna etmirik

Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı yoxdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə brifinqdə ölkə parlamentinin spikeri Alen Simonyan bildirib.

“Heç bir vektorun dəyişdirilməsi və ya buna bənzər bir şeydən söhbət getmirdi. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Cəmiyyətimiz də bundan danışır, deyə bilərik ki, belə bir tələb irəli sürür”, - o bildirib.

Xəbər lenti

Çox oxunanlar