Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dövrün xarici və daxili çağırışları fonunda milli təhlükəsizlik siyasətinin yenilənməsi tapşırığını verib.
Xezerxeber.az Türkiyə mediasına istinadla xəbər verir ki, qardaş ölkənin Milli Təhlükəsizlik Şurasının Katibliyi dövlətin təhlükəsizlik siyasətinin əsaslarını formalaşdıran sənədin yenilənmiş redaksiyada hazırlanan variantına daxil edilməsi üçün nazirlik və idarələrə tövsiyə və təkliflərini təqdim etməyi tapşırıb.
Məlumatlara görə, Türkiyənin milli təhlükəsizlik siyasəti üzrə yekun layihə Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Milli Təhlükəsizlik Şurasının aprel iclasında müzakirə olunacaq.
Türkiyənin milli təhlükəsizlik siyasəti son çağırışlar və ölkəyə qarşı təhdidlərlə əlaqədar mütəmadi olaraq yenilənir.
Sənədin əvvəlki redaksiyasının geniş ictimaiyyət üçün qapalı olan müzakirəsi 2029-cu il sentyabrın 30-da Milli Təhlükəsizlik Şurasında olub.