NATO və Avropa İttifaqı ölkələri Ukraynaya qoşun göndərməmək barədə razılığa gəliblər.
Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts bu barədə jurnalistlərə bildirib.
“Avropa dövlətləri və NATO Ukraynaya quru qoşunları göndərməyəcək”, - deyə kansler qeyd edib. O, Qərb ölkələri arasında bu anlayışın olmasını “irəliyə doğru çox mühüm addım” adlandırıb. Olaf Şolts Qərbdə bu məsələ ilə bağlı rəyin “yekdil” olduğunu deyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukrayna üzrə Parisdə keçirilən konfransın yekunlarına əsasən Qərb ölkələrinin quru qoşunlarının müharibə zonasına göndərilməsinin mümkünlüyünü birmənalı olaraq istisna etməyib. O, həmçinin bildirib ki, Qərb ölkələri “Rusiyanın münaqişədə üstünlük əldə edə bilməməsi üçün nə lazımdırsa etmək niyyətindədir”.