Xəzər Xəbər

ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq edəcək

Dünya | 16:23 • 23 Fevral 2024
ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq edəcək

ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Ukrayna müharibəsi və Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya 500-dən çox sanksiya tətbiq edəcəyini təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ağ evin saytında dərc olunan məlumatda deyilir.

“Bu gün mən Ukraynadakı müharibəyə və Aleksey Navalnının ölümünə görə Moskvaya qarşı 500-dən çox yeni sanksiyanın qəbul olunacağını elan edirəm. Sanksiyalar müxalifətçinin həbsi ilə bağlı şəxslərə, həmçinin Rusiyanın maliyyə sektoruna, müdafiə sənayesi bazasına və tədarük şəbəkələrinə qarşı yönələcək”, - deyə Cozef Bayden bildirib.

Onun sözlərinə görə, Vaşinqton həmçinin Rusiya ordusuna gizli dəstək göstərən 100-ə yaxın təşkilata yeni ixrac məhdudiyyətləri tətbiq edir. Eyni zamanda, Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görülür.

“Mən komandama vətəndaş cəmiyyətlərinə, müstəqil mediaya və demokratiya uğrunda mübarizə aparan digər təşkilatlara dəstəyi artırmağı tapşırmışam”, - deyə ABŞ Prezidenti əlavə edib.

Xəbər lenti

Çox oxunanlar