Xəzər Xəbər

Fransa Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazır olduğunu DEYİB

Dünya | 11:53 • 23 Fevral 2024
Fransa Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazır olduğunu

Fransa Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazırdır.

Xezerxeber.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Lekornu deyib ki, Ermənistana yaxın, orta və uzun mənzilli raketlər lazımdırsa, onlar da ölkənin müdafiə potensialının inkişaf etdirilməsinin bir hissəsi olacaq.

Fransalı nazir Ermənistana hansı hərbi texnikanın gələcəyi ilə bağlı detalları açıqlamayıb, lakin qeyd edib ki, “onların hamısı müdafiə əhəmiyyəti daşıyır, çünki Cənubi Qafqazda həm əhalinin, həm də sərhədlərin qorunması prioritetdir”.

Həmçinin əlavə olunub ki, ehtiyac yarandığı təqdirdə Fransa Ermənistanı hava hücumundan müdafiə sistemləri üçün raketlərlə də təmin edəcək.

Xəbər lenti

Çox oxunanlar