Xəzər Xəbər

KTMT Ermənistandan üzvlüyün dayandırılması ilə bağlı müraciət almadığını DEYİB

Dünya | 11:18 • 23 Fevral 2024
KTMT Ermənistandan üzvlüyün dayandırılması ilə bağlı müraciət almadığını

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı heç bir açıqlama daxil olmayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə KTMT Katibliyindən məlumat verilib.

“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı Nikol Paşinyanın fikirləri, görünür, təşkilatın keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir”, - KTMT qeyd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib ki, ölkəsinin Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub.

Xəbər lenti