Xəzər Xəbər

Papua-Yeni Qvineyada qəbilə toqquşmalarında 64 nəfər ÖLDÜ

Dünya | 08:38 • 19 Fevral 2024
Papua-Yeni Qvineyada qəbilə toqquşmalarında 64 nəfər

Papua-Yeni Qvineyanın Enqa əyalətində qəbilələr arasında baş verən toqquşmalarda ölənlərin sayı 64 nəfərə çatıb.

Bu barədə yerli “PNG Post-Courier” nəşri polisə istinadən məlumat yayıb.

Belə ki, fevralın 19-u günorta saatlarında polis əməkdaşları qəbilələr arasında silahlı qarşıdurma nəticəsində həlak olan daha 11 nəfərin cəsədini aşkar edib. Bununla da ölənlərin ümumi sayı 64-ə çatıb.

Polis Enqadakı silahlı toqquşmaların Ambulin və Sikin qəbilələri arasında davam edən mübarizə olduğunu təsdiqləyib

Xəbər lenti

Çox oxunanlar