Xəzər Xəbər

Çexiya ABŞ-nin rəhbərliyi altında əks kiber əməliyyata qoşulub

Dünya | 17:00 • 17 Fevral 2024
Çexiya ABŞ-nin rəhbərliyi altında əks kiber əməliyyata qoşulub

Çexiya xarici xüsusi xidmətlərin fəaliyyətinə qarşı yönəldilən "Dying Ember” (“Sönən kömür közü”) adlı beynəlxalq əməliyyata qoşulub.

Bu barədə ölkənin Baş naziri Petr Fialanın “X” sosial şəbəkəsindəki yazısında deyilir. “Bu kiber məkanında olan hücum idi. Əməliyyat yanvar ayında ABŞ tərəfindən aparılıb”, - deyə Hərbi Kəşfiyyat Xidmətinin pres-relizində deyilir. İnformasiya Təhlükəsizliyi Xidmətinin (BIS) məlumatına görə, əməliyyata FTB rəhbərlik edib.

“Təhlükəsizlik – prioritetimizdir. Biz kiber məkanımızı müdafiə etməli, müttəfiqlər və tərəfdaşlarla qlobal təhdidlərə cavab verməliyik. Məhz buna görə Çexiya xarici xüsusi xidmətlərin fəaliyyətinə qarşı yönəldilən “Sönən kömür közü” beynəlxalq əməliyyatında fəal iştirak edib. Qarşılıqlı etimad və çevik əməkdaşlıq qabiliyyəti təhlükəsizliyin təmin edilməsinə aparan yoldur”, - deyə Baş nazir Petr Fiala vurğulayıb.

“Müharibə kiber məkanında da aparılır, həm də çoxdan. Fəxr edirəm ki, digər müttəfiqlərlə əməkdaşlıqda özümüzü bu fəaliyyətdən müdafiə edə bilirik”, - deyə müdafiə naziri Yana Çernoxova “X” şəbəkəsində vurğulayıb.

“Əməliyyat bir sıra ölkələrin hərbi kəşfiyyatı ilə əlaqəli olan cinayətkar tərəfindən istifadə edilən etibardan düşmüş qlobal APT28 routerlər infrastrukturuna qarşı tədbirlərin görülməsindən ibarət olub. Hərbi kəşfiyyat hücuma məruz qalan cihazların bir hissəsinin parametrlərinin tənzimlənməsindən ibarət fəal müdaxilə prosesi aparıb”, - deyə hərbi kəşfiyyat xidmətinin pres-relizində deyilir.

Onun məlumatına görə, APT28 etibardan düşmüş routerləri tərəfindən Şimali Atlantika Alyansı üzrə müttəfiqlər də daxil olmaqla, Çexiyada və xaricdə mühüm məqsədlər və Ukrayna əleyhinə istifadə olunub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar