Xəzər Xəbər

Co Baydenin unikal avtomobili hərraca çıxarılıb FOTO

Dünya | 09:39 • 17 Fevral 2024
Co Baydenin unikal avtomobili hərraca çıxarılıb

ABŞ-nin hazırkı Prezidenti Co Baydenin vaxtilə uzunmüddətli icarəyə götürdüyü “Cadillac ATS-V” idman avtomobili “Car & Bids” auksionunda satılacaq.

Co Bayden bu avtomobili hələ prezident olmayanda - 2020-ci ilə qədər idarə edib. Avtomobilin bir özəlliyi var: “Cadillac” qara kuzovlu “Raven Black” və qəhvəyi “Kona Brown salonlu ATS-V”ni buraxmırdı. Oturacaqların üzlənməsi Baydenin sifarişi ilə yerinə yetirilib.

Avtomobil 0-dan 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir. Avtomobilin bu günə qədər dəf etdiyi məsafə 25,5 min km-dir.

Xəbər lenti

Çox oxunanlar