Xəzər Xəbər

Paşinyan: Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir

Dünya | 22:00 • 1 Fevral 2024
Paşinyan: Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə maneə olan amili açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, Baş nazir Ermənistanın İctimai radiosuna müsahibəsində bunu Ermənistanın Müstəqillik Bəyannaməsi ilə əlaqələndirib.

Paşinyan diqqətə çatdırıb ki, Qarabağın adı keçən Müstəqillik Bəyannaməsi sülhə maneədir.

“Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar