Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs edilib.
Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunur.
İstintaq işi üzrə ümumilikdə 7 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.