Xəzər Xəbər

Paşinyan konstitusiya referendumunu şərh edib

Dünya | 16:04 • 1 Fevral 2024
Paşinyan konstitusiya referendumunu şərh edib

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibə verib.

Xezerxeber.az xəbər verir ki, Baş nazirin mətbuat katibi proqramla bağlı elanı “Facebook” səhifəsində yerləşdirib.

Paşinyan dərc olunan fraqmentdə konstitusiya referendumu barədə danışıb:

“Legitim yanaşma aşağıdakı kimidir: mən sizdən nə gözləyirəmsə, siz də məndən onu gözləyin. Bu gün biz həqiqətən də Müstəqillik Bəyannaməsi ilə münasibətimizi tənzimləməliyik. Bizim dövlətçiliyi olmayan xalqdan dövləti olan xalqa çevrildiyimiz məqam - bu məqam məhz konstitusiya referendumudur”.

Xatırladaq ki, proqram bu gün saat 19:00-da İctimai Radioda və Paşinyanın şəxsi “Facebook” səhifəsində yayımlanacaq.

Xəbər lenti