Xəzər Xəbər

Avropa İttifaqı sammitinin əsas mövzusu Ukraynaya yardım olacaq

Dünya | 15:52 • 31 Yanvar 2024
Avropa İttifaqı sammitinin əsas mövzusu Ukraynaya yardım olacaq

Ukraynaya maliyyə yardımının koordinasiyası və təcili mərmi tədarükü Avropa İttifaqının fevralın 1-də keçiriləcək fövqəladə sammitinin əsas mövzusu olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişelin Avropa İttifaqı liderlərinə açıq məktubunda deyilir.

“Razılaşmanın əldə edilməsi Avropa İttifaqının reputasiyası və Ukraynaya sabit yardımın göstərilməsi üzrə öhdəliklərimiz üçün çox vacibdir”, - deyə məktubda bildirilir.

“Vəziyyəti nəzərə alaraq, biz həmçinin Ukraynaya hərbi yardımın bütün aspektlərini təcili olaraq nəzərdən keçirmək fürsətindən istifadə edəcəyik. Bura Avropa Şurasının 2023-cü ilin martında qəbul etdiyi qərara uyğun olaraq Ukraynaya döyüş sursatının tədarükü də daxildir”, - deyə Avropa Şurasının rəhbəri yazıb.

Şarl Mişelin sözlərinə görə, sammitdə Qəzza sektorunda və Qırmızı dənizdə yaranmış vəziyyətin müzakirəsi də gözlənilir.

Qeyd edək ki, Avropa İttifaqının 2023-cü il dekabrın 14-15-də Brüsseldə keçirilən sonuncu sammitində Macarıstanın Baş naziri Viktor Orban 2024-2027-ci illər büdcəsinə Ukraynaya 50 milyard avro ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb.

Xəbər lenti

Çox oxunanlar