Xəzər Xəbər

Ermənistan parlamentinin spikeri çexiyalı həmkarı ilə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edib

Dünya | 13:27 • 31 Yanvar 2024
Ermənistan parlamentinin spikeri çexiyalı həmkarı ilə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edib

Ermənistan parlamentinin spikeri Alen Simonyan və Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Alen Simonyan bildirib.

“Biz əsasən regional məsələləri, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsini müzakirə etdik. Bundan başqa, Ermənistan və Çexiya arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsi, eləcə də müxtəlif platformalarda əməkdaşlıq məsələləri barədə danışıqlar apardıq”, - o qeyd edib.

Xəbər lenti

Çox oxunanlar