Avropa İttifaqı ölkələri martın 1-dək Ukraynaya vəd etdiyi 1 milyon artilleriya mərmisindən yalnız 600 minini tədarük edə biləcək.
Xezerxeber.az xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Adları açıqlanmayan diplomatların sözlərinə görə, Aİ-yə üzv ölkələr sursat istehsalında davam edən gecikmələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən Kiyevə 1 milyon mərmi tədarük etmək planından xeyli uzaqdırlar.
Agentlik qeyd edir ki, Avropa İttifaqının müdafiə nazirləri Brüsseldə keçirilən qeyri-rəsmi görüşdə əlavə təchizat mənbələri tapmaq barədə müzakirələr aparır. Lakin istənilən halda ötən il vəd edilən bir milyon mərmi Ukraynaya göndərilməyəcək.
Ukrayna ordusu hazırda artilleriya mərmiləri və hava hücumundan müdafiə vasitələrinin kəskin çatışmazlığı ilə üzləşib. Avropa İttifaqı liderləri ötən ilin fevral ayında Ukraynaya bir il ərzində təxminən 1 milyon mərmi və raket çatdırmağı vəd etmişdilər.