Ukrayna silah istehsalını artırır və uzaqmənzilli pilotsuz təyyarələr hərbi sənaye müəssisələrinin əsas vəzifələrindən biridir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
"Bu gün mən Strateji Sənaye Nazirliyində görüş keçirdim. Oleksandr Kamışin pilotsuz təyyarələrin və döyüş sursatlarının istehsalı üzrə işlərin nəticələri barədə məlumat verdi", - deyə Zelenski əlavə edib.
Prezidentin sözlərinə görə, istehsal artır, yeni mövqelər də əlavə olunur və yeni silah növlərinin inkişafı davam edir.
“Dronların, mərmilərin, avadanlıqların yerli istehsalı sözün əsl mənasında bizim azadlığımızın, ukraynalıların azadlığının istehsalıdır. Çünki belə şəraitdə - genişmiqyaslı müharibə şəraitində azadlığın əsasını güc təşkil edir", - deyən Prezident Zelenski Ukraynanın gücünü təmin edən hərbi sənaye kompleksinin bütün işçilərinə təşəkkürünü bildirib.