2024-cü ilin əvvəlindən Rusiya Ukrayna ərazisinə 330-dan çox müxtəlif tipli raket və 600-ə yaxın pilotsuz uçuş aparatı atıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" (Twitter) sosial şəbəkəsində yazıb.
“İlin əvvəlindən Rusiya Ukrayna şəhərlərinə 330-dan çox müxtəlif tipli raket və 600-ə yaxın döyüş PUA-sı atıb. Terrorçuların bu cür təzyiqlərinə müqavimət göstərmək üçün bizə kifayət qədər güclü hava hücumundan müdafiə sistemi - məhz tərəfdaşlarımızla birlikdə qurduğumuz qalxan lazımdır”, - deyə Zelenski bildirib.
Prezident vurğulayıb ki, Ukraynanın səma üzərində nəzarəti cəbhə xəttindən tutmuş arxa cəbhədəki xəstəxana və məktəblərə qədər təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. Hava hücumundan müdafiə və elektron müharibə bizim prioritetlərimizdir.