Xəzər Xəbər

Azərbaycan səfirliyinə hücum edən şəxsə tezliklə hökm oxunacaq

Dünya | 12:33 • 29 Yanvar 2024
Azərbaycan səfirliyinə hücum edən şəxsə tezliklə hökm oxunacaq

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin işə ilə bağlı məhkəmənin hökmü tezliklə elan olunacaq.

Bu barədə İran XİN-in sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib. 

O bildirib ki, hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq.

Nasir Kənani xatırladıb ki, ötən şənbə günü Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirilib.

“Azərbaycanın İrandakı səfirliyində həyatını itirən əməkdaşın ailəsinə bir daha başsağlığı verirəm. İranın məhkəmə orqanları ittihamlara qanun çərçivəsində baxacaqlarına əmin ediblər. İki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə istintaq prosesi yekunlaşıb. Hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq. Bu hadisə iki ölkənin münasibətləri üçün acı olsa da, hakimiyyət bunun əlaqələrə təsirini minimuma endirmək üçün çox çalışıb. İki ölkənin yol xəritəsinə uyğun olaraq, son bir ildə biz müxtəlif sahələrdə nümayəndə heyətlərinin mübadiləsinin şahidi olduq. Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq”, - XİN sözçüsü vurğulayıb. (APA)

Xəbər lenti

Çox oxunanlar