Yəməndə üsyançı husilərin “Ənsar Allah” hərəkatı Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Lewis B. Puller” gəmisinə raket zərbəsi endirib.
Xezerxeber.az xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bunu “Al-Masirah” telekanalının efirində deyib. Onun sözlərinə görə, “USS Lewis B. Puller” gəmisi Yəməndəki husi hədəflərini vuran Amerika qüvvələrinə logistik dəstək verirdi.
“Bu hücum Yəmənin müdafiəsi və məzlum Fələstin xalqına dəstək üçün hərbi cavabın bir hissəsidir”, - deyə Yəhya Səriya bildirib.