İstanbulda yerləşən Santa Mariya kilsəsində silahlı insident törədən iki şübhəli saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında bildirib.
Nazir şübhəlilərin saxlanılmasında iştirak edən təhlükəsizlik qüvvələrini keçirdikləri uğurlu əməliyyat səbəbilə təbrik edib.
Xatırladaq ki, yanvarın 28-də yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən Santa Mariya kilsəsində xristian ənənələrinə məxsus bazar ibadəti zamanı silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb.