Xəzər Xəbər

Ali Yerlikaya: Türkiyədəki birliyin heç bir qüvvə tərəfindən pozulmasına imkan verməyəcəyik

Dünya | 18:22 • 28 Yanvar 2024
Ali Yerlikaya: Türkiyədəki birliyin heç bir qüvvə tərəfindən pozulmasına imkan verməyəcəyik

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbulda yerləşən Santa Mariya kilsəsində törədilən silahlı insidentlə bağlı mediaya açıqlama verib.

Xezerxeber.az xəbər verir ki, nazir hadisəni törədənlərin saxlanılması istiqamətində İstanbul Valiliyi, Polis və Kəşfiyyat təşkilatları başda olmaqla ölkənin bütün təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini deyib.

Türkiyədə müxtəlif dinlərə məxsus insanların birlik və sülh içində yaşadığını vurğulayan nazir, bu bərabərliyin heç bir qüvvə tərəfindən pozulmasına imkan verilməyəcəyini ifadə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda ölmaqla ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni lənətlədiklərini ifadə ediblər.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən Santa Mariya kilsəsində xristian ənənələrinə məxsus bazar ibadəti zamanı silahlı insident baş verib.

Maskalı iki şəxs tərəfində açılan atəş nəticəsində bir nəfər ölüb.

Xəbər lenti

Çox oxunanlar