Xəzər Xəbər

Moskvada Satira Teatrında yanğın baş verib

Dünya | 15:26 • 28 Yanvar 2024
Moskvada Satira Teatrında yanğın baş verib

Rusiya paytaxtının mərkəzində yerləşən Moskva Akademik Satira Teatrında yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd olunub ki, binadan 50 nəfər təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 250 kvadratmetr sahəni əhatə edib. Hadisə yerinə 76 yanğınsöndürən, 21 texnika cəlb olunub. Hazırda damın günbəzinin taxta konstruksiyaları yanır.

Xəbər lenti

Çox oxunanlar