Xəzər Xəbər

Almaniyada 4 günlük iş həftəsi sınaqdan keçiriləcək

Dünya | 09:22 • 28 Yanvar 2024
Almaniyada 4 günlük iş həftəsi sınaqdan keçiriləcək

Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçirilməyə başlanacaq.

Xezerxeber.az-ın “Bloomberg“ agentliyinə istinadən verdiyi məlumata görə, dörd günlük proqram fevralın 1-dən test rejimində istifadəyə veriləcək.

Məlumata görə, yüzlərlə müəssisənin işçiləri maaşını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcək.

Bununla paralel dörd günlük iş həftəsi ilə bağlı tədqiqat aparılacaq və bu ilin avqust ayına qədər davam edəcək. Təcrübədə 45 şirkət iştirak edəcək.

Sınaq nəticələrinə əsasən, onlar əmək məhsuldarlığını artırmaq üçün daimi olaraq üçüncü istirahət gününün tətbiq edilib-edilməməsinə qərar verəcəklər.

Xəbər lenti