Xəzər Xəbər

Kirill Budanov: Təyyarə qəzası ilə bağlı vəziyyət hələ də tam aydın deyil

Dünya | 09:12 • 28 Yanvar 2024
Kirill Budanov: Təyyarə qəzası ilə bağlı vəziyyət hələ də tam aydın deyil

Rusiyanın “İL-76” hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyət hələ də tam aydın deyil.

Xezerxeber.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov telemarafonda deyib.

O deyib ki, orada nə baş verdiyini açıqlamaq lazımdır.

“Belə bir mövqe üçün bir sıra anlaşılmaz faktların olmasına baxmayaraq, Rusiya hər şeydə Ukraynanı günahlandırmaq mövqeyi tutub. Əvvəla, Ukraynanı mümkün qədər günahlandıra bilmək üçün təyyarə qəzaya uğrayan ərazidə səpələnmiş cəsədləri və qalıqları göstərməli idilər. Amma göstərmədilər, yəni, vəziyyət tam aydın deyil”, - deyə Baş Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb.

O əlavə edib ki, əgər bu, Rusiyanın iddia etdiyi kimi baş veribsə, o zaman görüntüləri niyə gizlətdiyi və bir neçə gündür cəsədləri və qalıqlarını gizlətməkdə davam etdiyi bəlli deyil.

"Rusiya bunu bütün dünyaya göstərməli idi. Amma meyit yoxdur, heç nə yoxdur", - deyən Budanov əlavə edib ki, yaxın vaxtlarda Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutacaq. Ukrayna tərəfi bunun üçün hər şeyi edir.

Xatırladaq ki, yanvarın 24-də Rusiyanın “İL-76” hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Rusiya iddia edir ki, təyyarədə 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 onu müşayiət edən şəxs olub.

Daha sonra Ukrayna Baş Kəşfiyyat İdarəsi yanvarın 24-də hərbi əsirlərin mübadiləsinin keçirilməli olduğunu təsdiqləyib.

Xəbər lenti