Xəzər Xəbər

Ukrayna Təhlükəsizlik Xidməti "İl-76" təyyarəsinin qəzası ilə bağlı cinayət işi açıb

Dünya | 15:26 • 25 Yanvar 2024
Ukrayna Təhlükəsizlik Xidməti "İl-76" təyyarəsinin qəzası ilə bağlı cinayət işi açıb

Ukrayna Təhlükəsizlik Xidməti göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğu iddia edilən "İl-76" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.

Xezerxeber.az xəbər verir ki, Ukrayna mediası bu barədə Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb.

“Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Aerokosmik Qüvvələrinə məxsus "İl-76" təyyarəsinin Belqorod vilayəti üzərində qəzaya uğraması ilə bağlı cinayət işi açıb”, – deyə qurumdan bildirilib.

Cinayəti işi müharibə qanunlarının pozulması maddəsi ilə təsnifat olunub.

Bir müddət öncə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı nəqliyyat təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurduğunu dolayısı ilə etiraf edib.

Xəbər lenti

Çox oxunanlar