Xəzər Xəbər

"Bloomberg": Partiya üzvləri Baydenin seçkilərdə qalib gələcəyinə inanmırlar

Dünya | 09:03 • 25 Yanvar 2024
"Bloomberg": Partiya üzvləri Baydenin seçkilərdə qalib gələcəyinə inanmırlar

Demokratik Partiyanın üzvləri bu ilin noyabrında ABŞ-də keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Co Baydenin qalib gəlmək şansını aşağı hesab edirlər.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, partiyanın bəzi üzvləri Baydenin ikinci müddətə ABŞ prezidenti seçilmək şansından narahatdırlar. Narahatlıq onun yaşı (81), yüksək qiymətlər və administrasiyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi səbəbindən səs itirməsidir. Agentliyin söhbət etdiyi demokrat konqres üzvləri ABŞ-nin hazırkı prezidentini autsayder hesab edirlər.

Co Baydenin bir çox tərəfdarı keçmiş ABŞ lideri Donald Trampın (Respublika Partiyası) dövlət başçısı seçilməklə daha yaxşı işlər görəcəyinə inanır.

Xatırladaq ki, Tramp dəfələrlə Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb.

Xəbər lenti

Çox oxunanlar