Xəzər Xəbər

Rusiya təyyarənin vurulmasını terror aktı kimi qiymətləndirir AÇIQLAMA

Dünya | 16:59 • 24 Yanvar 2024
Rusiya təyyarənin vurulmasını terror aktı kimi qiymətləndirir

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinin səmasında "İL- 76" hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə açıqlamasında bildirilib.

Qeyd olunub ki, rəsmi Kiyev Belqorod vilayətində "İl-76" təyyarəsini vuraraq terror aktı törədib: “Təyyarənin göyərtəsində olan hər kəs, o cümlədən ukraynalı əsirlər ölüblər. Əsirlərin dəyişdirilməsi, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, günorta saatlarında Rusiya-Ukrayna sərhədindəki Kolotilovka keçid məntəqəsində baş tutmalı idi”.

Xəbər lenti