Xəzər Xəbər

"Ukrayna itirilmiş ərazilərini azad edə bilməyəcək" - Çexiya Prezidenti belə düşünür

Dünya | 16:15 • 24 Yanvar 2024
"Ukrayna itirilmiş ərazilərini azad edə bilməyəcək" - Çexiya Prezidenti belə düşünür

Ukrayna yaxın gələcəkdə itirilmiş ərazilərə nəzarəti bərpa edə bilməyəcək və demokratik ölkələr daha yaxşı nəticələr üçün Kiyevə yardım etməlidir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel bildirib.

“Ukrayna hazırda Rusiyanı öz suveren ərazisindən tamamilə çıxaracaq vəziyyətdə deyil”, - Aktualne.cz portalı Çexiyanın dövlət başçısının bu sözlərini sitat gətirib.

“Biz məsələyə optimist deyil, realist baxmalıyıq. Rusiya asan və zəif rəqib deyil. Çalışmalıyıq ki, Ukrayna torpaqlarını azad etməyə nail olsun”, - deyə Çexiya Prezidenti bildirib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynanın hazırkı rəhbərliyinin siyasi səhnədən uzaqlaşdırılması şərti ilə Moskvanın danışıqlarda iştirak edəcəyinə dair son bəyanatını “təkəbbürün zirvəsi” adlandırıb.

Petr Pavelin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar heç bir tərəfin uğur qazana bilməyəcəyi təqdirdə mümkün olacaq.

Xəbər lenti