Xəzər Xəbər

Rusiyada hərbi təyyarə qəzasında ölənlərin sayı 74-ə yüksəlib VİDEO/YENİLƏNİB

Dünya | 14:09 • 24 Yanvar 2024
Rusiyada hərbi təyyarə qəzasında ölənlərin sayı 74-ə yüksəlib

Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 74-ə yüksəlib. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi hava qüvvələrinin komissiyası qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə gedib.

13:18

Rusiyanın İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Xezerxeber.az yerli KİV-ə istinadən xəbər verir ki, hərbi-nəqliyyat təyyarəsi olan İl-76 Belqorod vilayətinin Koroçansk rayonunda qəzaya uğrayıb.

"Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm ", - deyə Belqorod vilayətinin qubernatoru Qladkov "Telegram" kanalında yazıb.

Xəbər lenti

Çox oxunanlar