Xəzər Xəbər

NATO Rusiyadan təhlükə görmür - Yens Stoltenberq

Dünya | 14:11 • 23 Yanvar 2024
NATO Rusiyadan təhlükə görmür - Yens Stoltenberq

Şimali Atlantika Alyansı Rusiyadan üzv ölkələr üçün birbaşa və ya gözlənilən təhlükə görmür.

Xezerxeber.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə jurnalistlərin müvafiq sualına cavabında deyib.

“Biz Rusiyadan NATO müttəfiqləri üçün birbaşa və ya yaxınlaşan təhlükə görmürük, lakin Kremlin nə etdiyini diqqətlə izləyirik”, - deyə alyansın baş katibi bildirib.

Yens Stoltenberq, həmçinin Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra NATO-nun sayıqlığını artırdığını və alyansın şərq hissəsindəki qüvvələrini gücləndirdiyini qeyd edib. Onun sözlərinə görə, 2022-ci ilin fevralından bəri NATO iki vəzifəni yerinə yetirməyə çalışır. Onlardan biri Ukraynanı dəstəkləmək, digəri isə NATO ilə Rusiya arasında genişmiqyaslı müharibənin qarşısını almaqdır.

Qeyd edək ki, bu həftənin sonunda Şimali Atlantika Alyansı 90 min nəfərin iştirakı ilə böyük hərbi təlimlərə başlayacaq.

Xəbər lenti