Xəzər Xəbər

Kiyevə raket hücumları nəticəsində 5 nəfər ölüb YENİLƏNİB

Dünya | 11:15 • 23 Yanvar 2024
Kiyevə raket hücumları nəticəsində 5 nəfər ölüb

Səhər saatlarında Kiyevə raket hücumları nəticəsində 5 nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli UNİAN məlumat yayıb. 

40 nəfərin xəsarət aldığı qeyd edilib.

11:07

Yanvarın 23-ü səhər saatlarından başlayaraq paytaxt Kiyev də daxil olmaqla Ukraynanın bəzi bölgələrində hava həyəcanı siqnalı çalınıb.

Xezerxeber.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, paytaxtda partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb. Şəhərin bəzi yerlərində dağıntılar baş verib.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiya paytaxta kombinasiyalı hava hücumu edib. Əvvəlcə qanadlı raketlər, sonra isə ballistik raketlər buraxılıb.

Ölənlər və xəsarət alanlar haqqında hələlik məlumat verilmir.

Şəhər meri Vitali Kliçko isə bildirib ki, Kiyevdə partlayışlar nəticəsində şəhərin iki rayonunda 9 nəfər xəsarət alıb.

O, xəsarət alanlardan 8-nin xəstəxanaya yerləşdirildiyini vurğulayıb.

Xəbər lenti