Xəzər Xəbər

Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində güclü zəlzələ baş verib

Dünya | 23:08 • 22 Yanvar 2024
Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində güclü zəlzələ baş verib

Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 bal gücündə zəlzələ qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Ocağı 9 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentri Çinin Aksu qraflığından 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xəbər lenti

Çox oxunanlar