Xəzər Xəbər

Əfqanıstanda qəzaya uğrayan təyyarə Moskvaya tibbi reysə gedirmiş MƏNBƏ

Dünya | 15:07 • 21 Yanvar 2024
Əfqanıstanda qəzaya uğrayan təyyarə Moskvaya tibbi reysə gedirmiş

Əfqanıstan dağlarında qəzaya uğrayan “Falcon 10” təyyarəsi Taylandın Pattaya şəhərindən Moskvaya özəl tibbi reysə gedirmiş.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ria Novosti mənbəyə istinadən xəbər verir.

Pattaya kurortundan 40 km aralıda yerləşən Utapao hava limanındakı mənbə, "Bu, iki texniki enişlə Moskvaya gedən şəxsi tibbi evakuasiya reysi idi" deyib.

Mənbənin sözlərinə görə, təyyarənin göyərtəsində ağır vəziyyətdə olan rusiyalı qadın Tailand xəstəxanasından Rusiya Federasiyasına aparılıb. Onu evakuasiya uçuşunun pulunu ödəyən Rusiyadan olan iş adamı əri müşayiət edib.

Qeyd edək ki, Moskvaya uçan şəxsi təyyarənin Əfqanıstanın Bədəxşan vilayətinin dağlıq ərazilərində qəzaya uğradığı bildirilirib.

 

 

Xəbər lenti

Çox oxunanlar