Xəzər Xəbər

İsrailin raket zərbəsi nəticəsində dörd iranlı hərbi müşavir ölüb YENİLƏNİB - 2

Dünya | 16:41 • 20 Yanvar 2024
İsrailin raket zərbəsi nəticəsində dörd iranlı hərbi müşavir ölüb

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqin qərbində, İranın Suriyadakı səfirliyinin yaxınlığında yerləşən iranlı hərbi müşavirlərin olduğu binaya raket zərbələri endirib.

Xezerxeber.az "Al Mayadeen" telekanalına istinadla xəbər verir ki, hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (İran ordusunun elit bölmələri) Əl-Qüds xüsusi təyinatlı dəstələrində komandir postlarını tutan dörd iranlı zabit həlak olub. Onlardan biri İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı kəşfiyyat xidmətinə rəhbərlik edirdi.

Hücumda üç təyyarə iştirak edib. Hərbi müşavirlərin yaşadığı dördmərtəbəli ev tamamilə dağılıb.

Press TV telekanalının məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin Dəməşqə endirdiyi raket zərbəsi nəticəsində dörd hərbi müşavirinin öldüyünü təsdiqləyib.

Xəbər lenti

Çox oxunanlar