Xəzər Xəbər

ABŞ-nin Ədliyyə Nazirliyi miqrantlara qarşı qanunu konstitusiyaya zidd sayır

Dünya | 16:00 • 30 Dekabr 2023
ABŞ-nin Ədliyyə Nazirliyi miqrantlara qarşı qanunu konstitusiyaya zidd sayır

Yerli hakimiyyət orqanlarına miqrantları həbs etmək səlahiyyəti verən yeni Texas qanunu ABŞ Konstitusiyasını pozur.

Xezerxeber.az CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ baş prokurorunun köməkçisinin müavini Brayan Boyntonun Texas ştatının qubernatoru Qreq Abbotta göndərdiyi məktubda deyilir.

Sənəddə bildirildiyi kimi, Ağ Ev dekabrın ortalarında Texas hakimiyyətinin elan etdiyi qanunu tənqid edərək, onu “inanılmaz dərəcədə ifrat” adlandırıb. Qeyd olunur ki, ABŞ hakimiyyəti qanuna qadağa qoymaq üçün məhkəməyə müraciət etmək niyyətindədir.

Ədliyyə Departamenti hesab edir ki, “Prezident Co Bayden hökuməti sərhəd təhlükəsizliyinə sadiq olsa da, Texas qanunları bu məqsədlərə ziddir”.

Dekabrın 18-də Texas qubernatoru Qreq Abbott qeyri-qanuni immiqrasiyaya qarşı qanun imzalayıb. Bu qanun xüsusilə yerli hüquq-mühafizə orqanlarına miqrantları saxlamağa və hakimlərə onların ABŞ-dən deportasiyası ilə bağlı qərar verməyə imkan verir. Qanunun 2024-cü ilin martında qüvvəyə minməsi gözlənilir.

Xəbər lenti