Xəzər Xəbər

Britaniya Ukraynaya yüzlərlə raket verəcək

Dünya | 09:41 • 30 Dekabr 2023
Britaniya Ukraynaya yüzlərlə raket verəcək

Böyük Britaniya Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketi göndərəcək.

Xezerxeber.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

“Biz Ukraynanın müdafiəsini dəstəkləməyə davam edirik. Ona görə də bu gün Rusiya pilotsuz təyyarələrini və raketlərini son dərəcə dəqiqliklə vurmağa qadir olan hava hücumundan müdafiə sistemlərinin arsenalını tamamlamaq üçün yüzlərlə hava hücumundan müdafiə raketi göndəririk”, - nazir sosial şəbəkədə yazıb.

Qrant Şapps digər Qərb ölkələrini də Ukraynanı lazımi silah və hərbi texnika ilə təmin etməyə çağırıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Böyük Britaniya Kiyevə 4,6 milyard funt sterlinq (5,9 milyard dollar) məbləğində hərbi yardım göstərib. Birləşmiş Krallıq Ukraynanı əsasən uzaq mənzilli “Storm Shadow” raketləri, “Challenger 2” tankları, özüyeriyən AS90 haubitsaları və M270 reaktiv yaylım atəşi sistemləri ilə təmin edib.

Rusiyanın Böyük Britaniyadakı səfirliyi bəyan edib ki, Kiyev hakimiyyətinə müxtəlif növ silahların tədarükü Londonun Ukraynadakı münaqişəyə açıq cəlb olunduğunu göstərir.

Xəbər lenti