Xəzər Xəbər

Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir"

Dünya | 09:25 • 30 Dekabr 2023
Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir"

Rusiya ilə Ukrayna arasındakı münaqişə digər ölkələrə də təsir edir. Xüsusilə, Şimali Atlantika Alyansı üçün təhlükə yaradır.

Xezerxeber.az xəbər verir ki, bu fikri ABŞ Prezidenti Co Bayden deyib. 

"Bu mübarizə Ukraynadan çox-çox kənara çıxır. Onlar bütün NATO-ya, Avropanın təhlükəsizliyinə və transatlantik münasibətlərin gələcəyinə təsir edir", - Bayden Ağ Evin saytındakı bəyanatında bildirib.

O, Rusiyanın bəzi NATO müttəfiqlərini təhdid etdiyini açıqlayıb. Bayden hesab edir ki, bu, öz növbəsində ABŞ-nin Ukrayna münaqişəsinə cəlb olunma şansını artırır.

"ABŞ vətəndaşları fəxr etməlidirlər ki, onların ölkələri Kiyev rejiminə kömək edir", - Amerika lideri əlavə edib.

Xəbər lenti