Xəzər Xəbər

Türkiyədə 4,6 bal gücündə zəlzələ olub

Dünya | 14:26 • 28 Dekabr 2023
Türkiyədə 4,6 bal gücündə zəlzələ olub

Türkiyənin Malatya vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

Xezerxeber.az xəbər verir ki, yerli vaxtla saat 12:34-də meydana gələn zəlzələnin episentri Malatyanın Yeşilyurt rayonudur.

Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata əsasən, yeraltı təkanların ocağı yerin 17,3 dərinliyində yerləşib.

Zəlzələ ətraf bölgələrdə də hiss edilib.

Xatırladaq ki, dünən də Malatya daxil olmaqla, Türkiyə ərazisində iki yeraltı təkan qeydə alınıb. Dağıntı və tələfat olmayıb.

Xəbər lenti

Çox oxunanlar