Xəzər Xəbər

Rusiyada prezidentliyə namizədlərin sayı 33 oldu

Dünya | 12:46 • 28 Dekabr 2023
Rusiyada prezidentliyə namizədlərin sayı 33 oldu

Rusiya Federasiyasının prezidentliyinə namizədliyini irəli sürmək üçün müraciət edənlərin sayı 33 nəfər təşkil edir.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib. 

MSK rəhbəri qeyd edib ki, bu günə olan məlumata görə, prezident seçkilərində 9 namizəd partiyalar tərəfindən, 24 nəfər isə müstəqil namizəd kimi seçkilərdə iştirak etmək niyyətindədir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 17-də keçiriləcək. Rusiyalı seçicilər martın 15-dən başlayaraq üç gün müddətimdə səsvermədə iştirak edə biləcəklər.

Xəbər lenti