Xəzər Xəbər

Türkiyədə baş verən ağır yol qəzası ilə bağlı araşdırma başlanıb

Dünya | 11:09 • 28 Dekabr 2023
Türkiyədə baş verən ağır yol qəzası ilə bağlı araşdırma başlanıb

Türkiyənin Şimali Mərmərə şosesində baş verən zəncirvari avtomobil  qəzası ilə bağlı araşdırma başladılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib. Bildirilib ki, baş prokuror müavininin koordinasiyası ilə aparılacaq araşdırmaya üç dövlət prokuroru cəlb edilib.

Hadisə ilə bağlı açıqlama verən Sakarya valisi Yaşar Karadeniz yaralı sayının yüksəldiyini, onlardan yeddisinin vəziyyətinin ağır olduğunu deyib.

Qeyd olunub ki, toqquşan avtomobillər arasında üç avtobus və bir qoşqulu yük maşını da var.

Xəbər lenti