Xəzər Xəbər

İsrail Qəzzada sülh üçün üç şərtini AÇIQLADI

Dünya | 09:50 • 26 Dekabr 2023
İsrail Qəzzada sülh üçün üç şərtini

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında münaqişəyə son qoymaq üçün üç şərtini açıqlayıb. Bu, HƏMAS-ın məhv edilməsi, anklavın silahsızlaşdırılması və cəmiyyətin deradikallaşdırılmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Baş nazir “The Wall Street Journal”da nəşr olunan məqaləsində yazıb.

Netanyahu qeyd edib ki, bunlar İsrail və onun Qəzza zolağındakı fələstinli qonşuları arasında sülh üçün üç ilkin şərtdir.

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr İsrailin HƏMAS hərəkatını məhv etmək niyyətini dəstəkləyir. "Bu məqsədə çatmaq üçün HƏMAS-ın hərbi potensialını aradan qaldırmaq və Qəzza zolağı üzərindəki siyasi üstünlüyünə son qoymaq lazımdır", - deyə Baş nazir vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar