Xəzər Xəbər

Ukrayna Rusiyanın desant gəmisini VURDU

Dünya | 09:38 • 26 Dekabr 2023
Ukrayna Rusiyanın desant gəmisini

Ukrayna Krımın Feodosiya limanında Rusiyanın “Novoçerkassk” desant gəmisini vurub.

Xezerxeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Mikola Oleşçuk “Telegram” hesabındakı paylaşımında bildirib.

“Rusiyanın donanması getdikcə kiçilir. Bu dəfə böyük desant gəmisi “Novoçerkassk” Rusiyanın Qara dəniz donanmasının flaqmanı, “Moskva” kreyserinin ardınca getdi”, - Oleşçuk yazıb.

Oleşçuk Hərbi Hava Qüvvələrinin pilotlarına zərbəyə görə təşəkkür edib.

Xəbər lenti

Çox oxunanlar