Xəzər Xəbər

Türkiyə yenidən şəhid verdi

Dünya | 20:28 • 23 Dekabr 2023
Türkiyə yenidən şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu şəhid olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"23 dekabr 2023-cü il tarixində Pəncə-Kilid" əməliyyatı bölgəsində ərazimizə soxulmağa çalışan terrorçularla baş verən qarşıdurmada 6 qəhrəman yoldaşımız şəhid olub, biri isə yaralanıb. İlkin məlumata görə, qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyat davam edir. Müəyyən edilmiş hədəflərə qarşı qəfil hava əməliyyatları da həyata keçirilir", - deyə qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar